Şənbə , Oktyabr 17 2026
azfa

Güney Azərbaycanın Ərak şəhərindən olan Yusif Mehrdad edam olunmaq üzrədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yusif Mehrdadın bacısına istinadən azərbaycanlı vəkil Qasim Boodi paylaşdığı tvitində yazıb ki, Ərak şəhərindən olan Yusif  Mehrdadın həyatı təhlükədədir…

Yusifin bacısı yazlr: “Salam.

Mən Yusifin bacısıyam.

Elan etdilər ki, sabah sübh azanından əvvəl hamı həbsxananın qapısı önündə olmalıdır!

Səsimiz olun, bacardığınız qədər bildirin!”

O, 2020-ci ilin iyun ayında Ərdəbildə saxlanılaraq Əraka aparılıb.

Onu “müqəddəsləri təhqir etmək və Peyğəmbəri söymək” ittihamı ilə edam cəzasına məhkum ediblər.

Yusif Mehrdad hazırda edam olunmaq üçün təkadamlıq kameraya köçürülüb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …