GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Kəndivan kəndi Dünya Turizm Təşkilatının ən yaxşı beynəlxalq turizm kəndləri siyahısına salınıb.
Səmərqənddə keçirilən iclasda İranın təqdim etdiyi səkkiz kənddən Güney Azərbaycanın “Kəndivan” kəndi dünyanın ən yaxşı turizm kəndləri siyahısında ölkə üzrə ilk kəndi kimi qeydə alınıb.
Qeyd edək ki, Kəndivan Güney Azərbaycanın Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir.
Üskünün 18 kilometrliyində yerləşən 700 illik Kəndin evləri qayalar içində tikilib. Kəndivanın bənzər kəndi yalniz Türkiyənin Kapadokiya bölgəsində mövcuddur. Hazırda Kəndin 168 evində təxminən 600 nəfər yaşayır. Əhalının əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və maldarlıqdır.