Güney Azərbaycanın Marağa şəhərində “Elin” dərgisinin fəaliyyəti rejim tərəfindən dayandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağının türk və fars dillərində nəşr olunan “Elin” dərgisinin fəaliyyəti bir il müddətinə dayandırılıb.

Dərginin Marağa Universiteti Nəşriyyələrinə Nəzarət Komitəsinin qərarı əsasında fəaliyyətini müvəqqəti olaraq dayandırıldığı söylənilir.

Nəzarət Komitəsi dərginin 13 və 14-cü saylarında yayılan materialların araşdırılması ilə bağlı iclas keçirdikdən sonra dərginin fəaliyyətinin dayandırılmasına qərar verib.

Qeyd edək ki, dərginin qış aylarında nəşr olunan 14-cü sayda Beynəlxalq Qadınlar Günü, Ana Dili Günü və s. kimi mövzularla bağlı məqalələr dərc olunmuşdur.

Dərginin bundan öncə bir il də fəaliyyəti dondurulmuşdu.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi Evin zindanında həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fatimə Atəşi Xiyavi” 23 fevralda Evin prokurorluğunun qərarların …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Bir cavab yazın