Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Güney Azərbaycanın qərb bölgəsinə hücüm edən 11 kürd terrorçusu öldürülüb

GADTB: Güney Azərbaycanın qərb bölgəsində yəni Xana və Sarıdaş bölgəsində baş verən iki ayrı silahlı toqquşmada İran Kürdüstan Demokrat Partiyası (HADKA) silahlı qruplaşmasının 11 üzvünün öldürüldüyü bildirilir.

Məlumata görə, onlardan altısı Piranşəhrin Qızqapan bölgəsində, digər beşi isə Sarıdaşın Musalan kəndi yaxınlığında SEPAH qüvvələrinin pusqusuna düşərək qarşıdurma zamanı həlak olublar.

Son günlər İran Kürdüstan Demokrat Partiyası ilə bağlı ABŞ-ın Səsinin fars bölməsinin “Omq-e Meydan” proqramında səsləndirilən fikirlər də geniş müzakirələrə səbəb olub. Həmin proqramda partiyanın Tehrana doğru quru əməliyyatını dəstəkləmədiyi, əvəzində qüvvələrin və əməliyyatların Qərbi Azərbaycan vilayətində yerləşən Azərbaycan şəhərlərinə yönəldilməsini təklif etdiyi iddia olunmuşdu.

Həmçinin yoxlayın

Təbriz səhiyyə mərkəzlərinin tibb bacıları valilik qarşısında etiraz aksiyası keçiriblər

GADTB: 2026-cı il oktyabrın 11-də, bazar günü Təbriz şəhərindəki səhiyyə mərkəzlərinin bir qrup tibb bacısı …

Beş azərbaycanlı fəal həbs, sürgün və elektron xidmətlərdən məhrumetmə cəzasına məhkum edilib

GADTB: Azərbaycanlı fəallar Sima (Əkrəm) Əlipur, Nima Radməniş, Hüseyn İsmaili-Soməə, Salar Tahirəfşar və Vəhid Əbhəri …