Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Molla rejimin Xatəmül-Ənbiya Qərargahı ABŞ-a Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

GADTB: Molla rejimin Xatəmül-Ənbiya Qərargahı yaydığı bəyanatda bildirib ki, ABŞ-ın Hörmüz boğazında hər hansı müdaxiləsi İran Silahlı Qüvvələrinin “sürətli və qəti cavabı” ilə qarşılanacaq.

Bəyanatda qeyd olunur ki, müəyyən edilmiş marşrutlardan kənara çıxılması və ya İranın naviqasiya protokollarına əməl edilməməsi qaydaları pozan gəmilərin təhlükəsizliyini risk altına salacaq və Silahlı Qüvvələrin reaksiyasına səbəb olacaq.

Bəyanatın digər hissəsində ABŞ-ın pilotlu və pilotsuz hərbi təyyarələrinin Hörmüz boğazı üzərində uçuşlarının bu su yolunda təhlükəsizliyi pozduğu iddia edilir.

Xatəmül-Ənbiya Qərargahı vurğulayıb ki, İran İslam Respublikası Hörmüz boğazında öz suverenliyini qorumaq üçün ABŞ ordusu və onun müttəfiqlərinin “təcavüz və müdaxiləsi” kimi qiymətləndirdiyi addımlara qarşı bütün zəruri tədbirləri görəcək.

Həmçinin yoxlayın

Təbriz səhiyyə mərkəzlərinin tibb bacıları valilik qarşısında etiraz aksiyası keçiriblər

GADTB: 2026-cı il oktyabrın 11-də, bazar günü Təbriz şəhərindəki səhiyyə mərkəzlərinin bir qrup tibb bacısı …

Beş azərbaycanlı fəal həbs, sürgün və elektron xidmətlərdən məhrumetmə cəzasına məhkum edilib

GADTB: Azərbaycanlı fəallar Sima (Əkrəm) Əlipur, Nima Radməniş, Hüseyn İsmaili-Soməə, Salar Tahirəfşar və Vəhid Əbhəri …