Çərşənbə axşamı , Dekabr 17 2024
azfa

Güney Azərbaycanın şair və yazıçısı, Nasir Merqati dünyasını dəyişib

GADTB: Güney Azərbaycanın şair və yazıçısı, Nasir Merqati, uzun müddət davam edən xəstəlikdən sonra 75 yaşında bizi tərk edib, əbədiyyətə qovuşdu.

1949-cu il iyulun 7-də Təbrizdə doğulan Nasir Merqati, hələ gənc yaşlarından İranda şah istibdadına qarşı siyasi fəaliyyətə başlamışdır. Tanınmış şair Əlirza Nabdelin ədəbi irsindən ilham alaraq sərbəst şeir və bədii yaradıcılıq işini davam etdirmişdir. 1970 ci illərdə siyasi fəaliyyətinə görə həbs olmasına baxmayaraq öz ədəbi fəaliyyətini davam etdirmişdir. O, bu dövrlər ərzində Avropa şerinin çağdaş dəyərlərini araşdırmış, bir çox önəmli batı şairləri ilə yaxından maraqlanmışdır. 1998-ci ildə „Talanmış günəş“ və sonralar isə „Yad torpağım” adlı kitabları nəşr edilmişdir. Bu əsərlədə Nasir Merqati mitolojiyə, batı şeirinə dərin tanışlığını, çağdaş dünya şerinin estetik dəyərlərinə uyğun şeir örnəkləri göstərmişdir.

Nasir Meqati siyasi təqiblərə məruz qaldıqdan sonra İrandan ayrılaraq Almaniyada məskunlaşmış, burada öz ədəbi fəaliyyətini davam etdirmişdir. O, yeni çixan kitabların ədəbi tənqidi və tanıtımı ilə məşğul olmuş, mühacir Güney Azərbaycan ziyalıları ilə yaxından əmkdaşlq etmişdir. Özəlliklə Kanadada fəaliyyət göstərən gənc araşdırmaçı və yazarlarla sıx əməkdaşlıq etmiş, „Barama“ platformunda bir çox şeir və hekayələr yazmışdır. 2006 ci ildən etibarən özünün „Yazı“ adlı platformunu yaratmış,  Güneydə və mühacirətdə yaşayan gənc və yaşlı şairlər arasında bir körpu qurmuşdur.

Güney Azərbaycan mədəniyyətinə öz tövhəsini vermiş Naser Merqatinin ədəbi irsi Güneydə formalaşmaqda olan ədəbiyyat nümayəndələri üçün böyük bir örnək olacaq.

Biz, Azərbaycan Kültür Ocağı dəyərli dostumuz, yol yoldaşımız Nasir Bəy Merqatinin dünyasını dəyişməsi ilə əlaqədar ailəsinə və bütün Azərbaycan toplumuna başsağlığı deyirik.

Ruhu şad olsun.

Həmçinin yoxlayın

Fransa və Ermənistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

GADTB: Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə Fransa prezidentinin hərbi məsələlər üzrə müşaviri Fabien Mandon …

Mühacir kürdlərin Bəykəndidən İran məclisinə göndərdiyi deputat Qərbi Azərbaycanla bağlı yenə yalan iddia irəli sürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlərin Azərbaycan ərazilərinə qarşı iddiaları davam etməkdədir. …