Cümə axşamı , May 7 2026
azfa

İrqçi fars rejimin Güney Azərbaycanda törətdiyi mədəni soyqırımın ildönümüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 17 dekabr 1946-cı il Güney Azərbaycan şəhərlərində türk dilində olan kitablar yandırıldığı və mədəni soyqırımın ildönümüdür.

Bu mədəni soyqırım Güney Azərbaycan Milli Hökumətinin süqutu və Güney Azərbaycanın soyqırımla işğalından bir neçə gün sonra baş verib.

Milli Hökumət devrildikdən sonra Pəhləvi rejimin qoşunları Azərbaycan şəhərlərində qırğın törətməklə yanaşı, türk dilində nəşr olunan dərslik və başqa kitabların yandırılmasına başlayıblar.

Həmin gün Güney Azərbaycanın bir çox bölgələrində hökumət qoşunları və onların yerli əlaltıları bir illik Milli Hökumət dövründə çap olan kitabları toplayaraq məhv ediblər.

O hadisənin üstündən 79 ildən çox keçməsinə baxmayaraq, bu gün də İranda türk dili və mədəniyyətinə qarşı oxşar münasibət başqa formada davam etdirilir.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və medida istifadəsnin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 45 ildən çoxdur ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə mane olub, on milyonlarla azərbaycanlını, türkü ana dilində təhsil hüququndan məhrum edib.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …