Çərşənbə , May 6 2026
azfa

Güney Azərbaycanda aşıq musiqisi konserti yaradılan maneəyə görə qaranlıqda keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərində rejimin İslami İrşad İdarəsi və Elektrik Enerjisi İdarəsinin məsul şəxslərinin diqqətsizliyi və səriştəsizliyi ucbatından Aşıq Qəşəm Quruşunun konserti qaranlıq şəraitdə baş tutub. Bu anların görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Azərbaycanlı fəal Əlirza Fərşi bununla bağlı yazıb:

“Zalın direktoru deyib ki, elektrik enerjisi idarəsinin məsul şəxsləri deyiblər ki, biz elektrik enerjisinin kəsilmə vaxtını bilmirik və elektrik enerjisi birbaşa Tehrandan kəsiləcək. Onun sözlərinə görə, işıqların dəqiq kəsilmə vaxtı şəhər rəsmilərinin əlində olub və onlar bunu Tehran tərəfindən tətbiq olunduğuna dair yalan danışırlar. Tamaşaçılar etiraz edirlər ki, niyə mümkün riskləri qarşılamaq üçün elektrik mühərriki verilmir və niyə Mərəndin ən məşhur zalında belə imkanlar yoxdur?! Ancaq konsert qaranlıqda keçsə də, tamaşaçıların çoxu zalı tərk etmədən sona qədər aşıq ifalarını izləyiblər”.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkətləri yeni texnologiyaları təqdim edəcək

GADTB: SAHA 2026 tədbirində bəzi texnologiyalar ilk dəfə geniş şəkildə nümayiş etdiriləcək. Türkiyənin PUA istehsalçısı …

Tramp: İranda xalq üçün çoxlu silah göndərmişdik

GADTB: ABŞ prezidenti Donald Trump Amerikanın “Salem” adlı xəbər şəbəkəsinə müsahibəsində İranda xalqa silah göndərildiyini, …