Bazar , Oktyabr 25 2026
azfa

Güney Azərbaycanın Süngün klubu dünyanın ən yaxşıları sırasında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Futzal Planet” saytı tərəfindən 2021-ci ildə dünyanın ən yaxşı futzal klublarının adları açıqlanıb.

Güney Azərbaycanın Vərziğan şəhərinin Mis-i Süngün Futzal klubu dünyanın ən yaxşı 10 klubu sırasında yerləşib.

Futzal üzrə İran Premyer Liqasının son mövsümlərində ardıcıl olaraq dörd dəfə çempion olan Güney Azərbaycanın Mis-i Süngün klubu İspaniyanın Barselona, Portaqaliyanın Sporting, Rusiyanın Sinara və Braziliyanın Megnus klubları ilə eyni sıradadır.

Həmçinin dünya çempionatı öncəsi sonuncu təlim düşərgəsində millidən uzaqlaşdırılan Vərziğanın Mis-i Süngün klubunun oyunçusu Salar Ağapur dünyanın ən yaxşı gənc futzalçısı siyahısına salınıb. Eyni zamanda Güney Azərbaycan komandasının qapıçısı Əlirza Səmimi dünyanın ən yaxşı 10 qapıçısından biri kimi təqdim edilib.

Bunlarla yanaşı həmin Güney Azərbaycan komandasını Premyer Liqanın çempionluğuna aparan klubun keçmiş baş məşqçisi Əhməd Bağbanbaşı isə 2021-ci ilin ən yaxşı 19 baş məşqçisindən biri seçilib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …