Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Güney Azərbaycanın Süngün Mis Mədənində işçilər tətil aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən Süngün Mis Mədənində işçilər etiraz aksiyası keçiriblər.

Narazı işçilər işə götürən podratçı şirkətlərin əmək haqlarını ödəməməsinə etiraz olaraq işi dayandırıblar.

Süngün Mis Mədənində narazı işçilər bundan öncə də dəfələrlə etiraz aksiyası keçirib və işi dayandıran mədənçilər əmək haqlarının artırılması və gecikdirilmiş ödənişlərin veriləcəyi ilə bağlı bütün vədlər yalan çıxıb.

Martın 2-də oxşar problemlərlə bağlı aksiya keçirən mədənçilər bəyanat yayaraq qanuni istəklərinin yerinə yetirilmədiyini bildirmişdilər.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. İran rejimi Güney Azərbaycanın mədənlərini, o cümlədən Süngün Mis Mədənini müstəmləkəçi kimi talayır.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …