GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası növbəti dəfə qələbə qazanıb.
Traxtur komandası Xuzistanın Fulad komandasını 2:0 hesabı ilə məğlub edib. Güney Azərbaycanın komandası 11-ci tur çərçivəsində keçirilən oyunda qələbə qazanaraq Premyer Liqanın 5-ci pilləsində qərarlaşıblar.
Qarşılaşmada hər iki qolu 19 və 70-ci dəqiqələrdə Hüseyni rəqib komandanın qapısından keçirib.
Stadionda azərbaycanlı tərəfdarlar milli şüarlar, o cümlədən “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “Azərbaycan var olsun, istəməyən kor olsun” və s. şüarlar səsləndiriblər.