Cümə , Dekabr 27 2024
azfa

Güney Azərbaycanın Xalxal şəhərində farsca tamaşaya baxan olmadığı üçün nümayişi dayandırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xalxal şəhərində farsca səhnəyə qoyulan tamaşaya baxan olmadığı üçün nümayişi dayandırılıb.

Yanvarın 2-də Xalxal şəhərində fars dilində səhnəyə qoyulan “Axərin name” (Sonuncu məktub) tamaşasının nümayişi dayandırılıb. Buna səbəb isə tamaşanın farsca olduğu üçün biletlərinin satılmamsı olub. Buna görə də tamaşa ləğv edilib.

Qeyd edək ki, bundan öncə Xalxalda Azərbaycan türkcəsində bir günlük səhnəyə qoyulan “Çay” tamaşasının nümayişi yüksək maraqla qarşılanıb və buna görə də tamaşanın nümayişi daha 4 gün uzadılmışdı.

Həmçinin yoxlayın

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …