Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin Əbülfəz Elçibəyin anım günü ilə bağlı mesajı

GADTB: 24 iyun Bütöv Azərbaycan sevdalısı, Azərbaycanda Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.

Əbülfəz Elçibəy Bütov Azərbaycan ideyasının başında dayanan, Quzey və Güney Azərbaycanın milli oyanışı və Bütöv Azərbaycan ideyasının yayılmasında müstəsna xidmətləri olan görkəmli tarixi şəxsiyyətdir. Böyük Atatürkün və Məmməd Əmin Rəsulzadənin türklük ideyasının günümüzdə başında dayanan böyük liderdir. Onun ən əsas fərqləndirici özəlliyi tam sədaqət və səmimiyyətlə Bütov Azərbaycan İdeyasına qulluq etməsi və Güney Azərbaycanı Bütöv Azərbaycanın və Türk dünyasının açarı kimi səciyyələndirməsi idi.

Müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin davamı olaraq dövlət rəmzlərini müəyyənləşdirən, Azərbaycanın bütövləşməsi uğrunda hərəkatın istiqamətini müəyyən edən Elçibəy Azərbaycan Türk Millətinin əbədi lideri olaraq qalacaq. “Bütöv Azərbaycanın yolu Təbrizdən keçir” şüarının müəllifi, Güney Azərbaycanın əsarətdən qutulması ideyasını gündəmə gətirən ilk rəsmi şəxs kimi tarixə düşən Elçibəy bütün azərbaycanlıların fikir və düşüncə atası kimi hər zaman qəlblərdə yaşayacaq.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Bütöv Azərbaycan sevdalısı və Azərbaycanda Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum gününü təbrik edir və bildirir ki, GADTB Güney Azərbaycanın istiqlalı və Bütöv Azərbaycanın yaranmasında Elçibəy yolunu və ideyalarını davam etdirir və bu prinsiplərə hər zaman sadiqlik nümayiş etdirəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

G7:”İran husiləri silahlandırmağı və dəstəkləməyi dayandırmalıdır”

GADTB: G7 xarici işlər nazirləri bu gün İranı Yəmən husilərini silahlandırmağı və dəstəkləməyi dayandırmağa çağırıb …

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …