Bazar ertəsi , Yanvar 24 2022
azfa

Həsən Turan Türkman Cəbhəsinin sədri oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq Türkman Cəbhəsi lideri Ərşad Saleh (Erşat Salihi) vəzifəsindən istefa edib, yerinə köməkçisi Həsən Turan seçilib.

Roma Papasının İraqa səfəri və etnik xalqlar arasında təkcə türkmanları salamlamaması fonunda baş verənlər maraqlıdır.

Türkiyədə bu məsələ ciddi müzakirələrə səbəb olub. İddialara görə, Saleh Ankaranın təzyiqi ilə vəzifəsindən uzaqlaşdırılıb. Lakin “haber7” saytı istefanın səbəbləri haqda məlumatlar əldə edib.

Məlumatlara görə, Saleh əsas fəaliyyətini Bağdadda – parlamentdə həyata keçirəcək. İraqın yeni hökumətində türkmanların nazir postlarından birini əldə etməsi türkman əsilli millət vəkillərinin Bağdadda daha aktiv fəaliyyət göstərməsini zəruri edir.

Həsən Turan da millət vəkilidir, lakin onun əsas fəaliyyətini Türkmaneli bölgəsində olacağı deyilir.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …