Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Rusiyada Azərbaycan və Türkiyə türkcəsinin öyrənilməsinə maraq artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyada Azərbaycan və Türkiyə türkcəsinin öyrənilməsinə maraq artıb. Bu barədə profi.ru xidmətindən bildirilib.

Xidmətin istifadəçiləri ispan, italyan, fransız, serb və rumın dillərinin öyrənilməsi ilə bağlı repetitorlara daha az müraciət etməyə başlayıblar. Azərbaycan türkcəsinə maraq isə əksinə, 2,5 dəfə artıb.

Profi.ru xidmətinin istifadəçilərinin 26 faizi Türkiyə türkcəsini öyrənmək istəyənlər olub.

Ekspertlər Rusiyada Azərbaycan türkcəsinin öyrənilməsinə marağın artmasının ölkədə böyük Azərbaycan diasporunun olması ilə əlaqələndirirlər. Türkiyə türkcəsinin öyrənilməsinə maraq isə bu ölkəyə səyahət etmək istəyənlərin çoxluğu ilə bağlıdır. Koronavirus pandemiyası ilə əlaqədar Türkiyə rusiyalı turistlərin səyahət edə biləcəyi çox azsaylı ölkələrdən biridir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …