Cümə axşamı , Dekabr 26 2024
azfa

Həbs edilən azərbaycanlı fəal Fərhad Hüseyni Zəncanda SEPAH-n təcridxanasına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Fərhad Hüseyninin ailəsi vəziyyətini izləmək üçün çərşənbə günü Zəncanda Baş və İnqilab Prokurorluğunda gediblər. Onlara məlumat verilib ki, oğulları SEPAH kəşfiyyatının təcridxanasındadır.

Fərhad Hüseyni artıq Zəncanda rejimin Baş və İnqilab Prokurorluğunun 9-cu İstintaq Şöbəsinə təhvil verilib və ittihamları izah etdikdən sonra müvafiq müstəntiq onun barəsində həbs qərarı çıxarıldığını və həbsinin uzadıldığını bildirib.

Ədliyyə rəsmisinin açıqlamasına görə, Fərhad Hüseyni ibtidai istintaq tamamlanana qədər Zəncan ordusunun təcridxanasında olacaq.

Fərhad Həsəninin ailəsinin bir neçə saat Zəncan məhkəməsində olmasına baxmayaraq, oğlu ilə görüşə bilməyiblər.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …