Həbs olunan azərbaycanlı fəalların qeyri-müəyyəm həbsi 7-ci aya daxil oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində rejimin həbs etdiyi milli fəalların Tehrandakı Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə həbsi 7-ci aya daxil olub.

İranın məhkəmə sitetminin bu şəxslərə qarşı irəli sürdüyü ittiham “daxili və xarici təhlükəsizliyə qarşı kollektiv toplaşma və sövdələşmə, ayrı-ayrılıqda isə rejim əleyhinə təbliğat və casusluq”dur.

Molla rejimi saxta ittihamlarla bir neçə dəfə fəalların bəzilərini mühakimə edib. Onlar hələ də müvəqqəti zaminə buraxılmırlar. Fəalların bəziləri uzun müddətli aclıq aksiyaları keçirib.

Baqir Hacızadə, Ayaz Seyfxah, Kamal Nuri, Araz Aman, Əzimi Qədim, Hüseyn Piri, Tahir Nəqəvi, Kərəm Mərdanə, Murtəza Pərvinin rejimin ETTELAAT qüvvələri tərəfindən bu günə qədər həbs olunduqdan 6 aydan çox vaxt keçib. Lakin onlar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …