Şənbə , Sentyabr 28 2024
azfa

Həbs olunan azərbaycanlı fəalların qeyri-müəyyəm həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində həbs edilmiş milli fəallar Tehrandakı Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılırlar.

İranın məhkəmə sitetminin bu şəxslərə qarşı irəli sürdüyü ittiham “daxili və xarici təhlükəsizliyə qarşı kollektiv toplaşma və sövdələşmə, ayrı-ayrılıqda isə rejim əleyhinə təbliğat və casusluq”dur.

Azərbaycanlı fəalların işi üzrə məhkəmə iclası mayın 31-də Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsində hakim Əbülqasim Sələvatinin sədrliyi ilə keçirilib. Bu iclasda, cənab Murtəza Pərvin istisna olmaqla, bütün həbs edilmiş fəallar məhkəmə tərəfindən daxili və xarici təhlükəsizliyə qarşı toplaşmaqda və sövdələşmədə ittiham edildi.

Murtəza Pərvin qohumları ilə əlaqə zamanı ayrı-ayrılıqda bildirib ki, onun ittihamı istuntaq zamanı ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə sövdələşmə idi. Lakin  kəşfiyyat qüvvələrinin istəyi ilə “rəhbərliyi təhqir etmək” və “casusluq” kimi ittihamlar da ona əlavə edilib.

Həmçinin yoxlayın

Bitərəf mənbələr təsdiq etməsə də İsrail ordusu Həsən Nəsrullahı öldürdüyünü deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hələlik bitərəf mənbələr təsdiq etməsə də İsrail ordusu …

Molla rejimi həbs etdiyi İbrahim Asimanini Təbrizdə Mərkəzi zindana köçürüb

GADTB: Azərbaycanlı yazıçı Zöhrə Vəfainin dəfn mərasimində İranın ETTELAAT məmurları tərəfindən həbs edilən Güney Azərbaycanın …