Cümə , Noyabr 20 2026
azfa

Həbsdə olan azərbaycanlı fəalın ailəsi onun azad edilməsini tələb edir

GADTB: Hüseyn Amani Nadarlının ailəsi bu azərbaycanlı fəalın şəkillərini paylaşaraq onun dərhal azadlığa buraxılmasını tələb edib.

Məlumata görə, Güney Azərbaycan milli fəalı Hüseyn Amani Nadarlı 3 dekabr 2025-ci ildə Şəbistər şəhərindəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bir həftəlik həbsdən sonra o, ayın 10-da Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Azərbaycanlı fəalın qardaşı “İnstaqram”da onun həbsxanaya köçürülməsini təsdiqləyərək, eyni zamanda iş üzrə müstəntiqin girov qəbul etməkdən imtina etdiyini və işin hələ də qeyri-müəyyən qaldığını bildirib.

Hüseyn Amani Nadarlının ailəsi və yaxınları onun həbsini ədalətsiz adlandırıb və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Həmçinin yoxlayın

Molla rejimi blokadadan yayəımaq üçün yeni üsuldan istifadə edir

GADTB: ABŞ-nin İranın neft ixracına qarşı dəniz blokadasını gücləndirdiyi bir vaxtda, bu həftə Körfəzdə iki …

SEPAH ballistik raket buraxılış qurğularının yerini dəyişərək ərəb ölkələrini hədələyir

GADTB: Ərəb mediası SEPAH-ın İranın mərkəzində ballistik raket buraxılış qurğularının yerini dəyişdirdiyi barədə məlumat yayıb. …