GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iki aya yaxındır ki, Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Seyid Məhəmmədrza Müvəhhid miqren və kəskin baş ağrısından əziyyət çəkir.
Azərbaycanlı fəalın yaxınlarının sözlərinə görə, o, ailəsi ilə telefon əlaqəsi zamanı miqren xəstəliyi nəticəsində baş ağrılarının artdığını və təhlükəsizlik orqanının onun müalicəsinin qarşısını aldığını deyib.
Azərbaycanlı fəal ailəsi ilə danışarkən telefon əlaqəsi ETTELAAT qüvvələri tərəfindən kəsilib. Bu isə ailənin ciddi narahlığına və övladlarından nigaran qalmalarına səbəb olub.