Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Həkimə Əhmədinin həyat yoldaşı 27 ay həbsdən sonra azadlığa buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Həkimə Əhmədinin həyat yoldaşı Məhəmmədrza Qurbani 27 ay həbs çəkdikdən sonra azadlığa buraxılıb.

Qeyd edək ki, Məhəmmədrza Qurbani 2018-ci ilin oktyabr ayında irqçi fars rejim tərəfindən şərlənərək “Sistem əleyhinə təbliğat aparmaq” və “Separatçı qruplara üzvlük”də ittiham edilərək iki il həbsə məhkum edilmişdi.

Azərbaycanlı fəal rejimin Marağada yerləşən zindanında 2 il həbsdə qaldıqdan sonra rejimin məhkəmə orqanları və s. idarələrinin yalan bəhanələri ilə sərbəst buraxılmırdı. Nəhayət azərbaycanlı fəalın ailə üzvləri və yaxınlarının davamlı aidiyyəti dövlət orqanların müraciətindən sonra azadlığa buraxılıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …