Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Hitler və Mussolini Atatürkə qarşı 19 dəfə sui-qəsd törədiblər

GADTB: İngilis sənədlərində Hitler və Mussolinin Atatürkə qarşı 19 dəfə sui-qəsdə cəhd etdiyi barədə məlumatlar var.

Bunu Türkiyənin “İllərboyu tarix” dərgisinin baş redaktoru Bülənt Günal bildirib.

“Keçmiş Türk Tarix Cəmiyyətinin rəhbəri Mətin Hülagü İngiltərə Xarici İşlər Nazirliyində əhəmiyyətli araşdırmalar aparıb. Bu tədqiqatlar arasında Atatürkə sui-qəsd cəhdləri də var idi. Çox təəccüb doğuracaq sənədlər ortaya çıxdı. Sənədlərə əsasən, Mussolini İtaliyası və Hitler Almaniyası tərəfindən Atatürkə qarşı 19 fərqli sui-qəsd cəhdi olub. Sui-qəsdə cəhdlər arasında zəhərləmə ilə yanaşı, silahlı qrupların Türkiyəyə göndərilməsi kimi fəaliyyətlər də olub.

1930-cu illərdə, II Dünya müharibəsinin hazırlıq dövründə Atatürk kimi lider bir çox avropalı faşistin işinə uyğun gəlmirdi. Osmanlı paşası Vəhdətdinin qardaşı oğlu Bahəddin Osman da ingilislərlə işləyirdi. Atatürkü ortadan götürmək və təkrar taxta ailəsinin keçməsi üçün planları var idi. Əldə edilən sənədlərdən göründüyü kimi, bu plan üçün çox pul xərcləndi”, – Günal qeyd edib.

Günal türkiyəli yazar Yaşar Gülsoyun İzmirdə Atatürkə edilən sui-qəsdə cəhdlə bağlı məqaləsi barədə də danışıb:

“Vatikan arxivlərində Atatürkə sui-qəsd cəhdinin sənədi var. Papaya göndərilən məktubda Atatürkə İzmirdə sui-qəsd planları barədə məlumat verilib”.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …