Şənbə , Sentyabr 19 2026
azfa

“Human Rayts Votç” Azərbaycanın mina fəlakətinə məruz qaldığından xəbərsiz olduğunu iddia edir

GADTB: Dünya səviyyəsində insan haqlarının müdafiəsi ilə məşğul olan, bu mövzuda araşdırmalar aparıb, yayımlayan beynəlxalq qeyri-hökumət təşkilatı “Human Rayts Votç” Azərbaycanın mina problemi ilə bağlı beynəlxalq çağırışlarından xəbərsiz olduğunu iddia edib.

Təşkilat rəsmisi Report-a cavabında problemdən məlumatlı olmadıqlarını deyib.

Belə ki, “Human Rayts Votç” təşkilatının BMT-dəki direktoru Luis Çarbonau (Louis Charbonneau) XXI əsrdə Azərbaycanın üz-üzə olduğu ekoloji fəlakət, Ermənistanın 30 illik işğal dövründə ölkəmizdə buraxdığı dəhşətli mirasdan məlumatsız olduqlarını iddia edib:

“Biz bu məsələdən xəbərdar deyilik. Mən bununla bağlı heç bir araşdırma tapa bilmirəm, amma həmkarlarımdan soruşacağam”.

“Human Rayts Votç” təşkilatının rəsmisi L.Şarbonu ona ünvanlanan sualları həmkarları ilə araşdıracağını vəd versə də, növbəti sorğu iki aydır, cavabsız qalıb

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …