Cümə , Aprel 19 2024
azfa

Huntayın anası həmin ada görə övladın doğum şəhadətnaməsi ala bilmədiyini yazıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tükcə ada görə doğum şəhadətnaməsi ala bilməyən çox sayda azərbaycanlı körpələrdən biri də Huntaydı.

Güney Azərbaycanın Culfa şəhərində yaşayan Huntayın valideynləri övladlarına həmin türk adı qoyduqlarına görə doğum şəhadətnaməsi ala bilmədiyini deyirlər.

Huntayın anası Mehrəlibəyli özünün İnstagram səhifəsində övladının 2018-ci ilin noyabr ayının 14-də dünyaya gəlməsinə baxmayaraq, ona hələ də doğum şəhadətnaməsi ala bilmədiyini yazıb.

Onun yazdığına görə, dəfələrlə Culfa şəhərində İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinə müraciət etmələrinə baxmayaraq, övladlarının adının türkcə olduğu üçün idarə məsulları doğum şəhadətnaməsi verməkdən boyun qaçırıblar.

Culfa şəhərindəki rejimin Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsi Huntay adının təsdiq edilməsi ilə bağlı rejimin Şərqi Azərbaycan əyalətindəki Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinə yazdığı məktuba baş idarə mənfi cavab verərək bildirib: Adın İran kökənli olmasına dair əlinizdə etibarlı sənədlər varsa qeydiyyat idarəsinə təqdim edin.

Həmçinin baş idarə Culfa şöbəsinə Müraciət edənlərə övladlarına başqa bir ad seçmələri üçün yol göstərin təlimatı verib.

Valideynlər övladlarına doğum şəhadətnaməsi almaq üçün mübarizələrini davam etdirərək şikayət ərizəsi ilə məhkəməyə müraciət ediblər.

Ancaq rejimin məhkəməsi 2019-cu il iyunun 10-da rejimin Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin xeyrinə qərar çıxarıb.

Qeyd edək ki, bundan öncə Ayıl, Anar, Sevgi, Yağış, Atakan və s. körpələrin valideynləri özlərinin sosial şəbəkədəki səhifələrində və mətbuata verdikləri müsahibələrində övladlarına türk adları seçdiklərinə görə, onlara doğum şəhadətnaməsi ala bilmədiklərini bildirmişdirlər.

Həmçinin yoxlayın

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ …

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …