İlam əyalətində uşaqlara türk adlarının verlməsi halları molla rejimi qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son illərdə Güney Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, başqa əyalətlərdə, o cümlədən İlamda uşaqlara türk adlarının verilməsi irqçi fars-molla rejimi qəzəbləndirib.

Bu xəbəri əkks etdirən molla rejimin “Mehr” qəzeti bu məsələyə təəssüfləndiklərini yazıb.

İlam əyalətinin  Vətəndaş Vəziyyətlərinin Qeydiyyatə İdarəsinin sədri Ayət Mehdian bildirib ki, son 9 ay ərzində İlam əyalətində uşaqlara seçilən 2561 ad içində türkcə Ayhan adı birinci yeri tutub.

Mehdian bundan narahatlığını bildirib və uşaqlara xarici və türk adlarının qoyulmasını xarici mədəniyyətin təbliğatının nəticəsi adlandırıb.

Mehdian həmçinin deyib: “İlam əyalətinin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi müraciət edənlərə məsləhət verərək İran və islam mədəniyyətinə uyğun adlar təklif etməklə əcnəbi adların artmasının qarşısını almağa çalışır. Ancaq bu, hərtərəfli mövzudur, ictimaiyyətin və digər icra strukturlarının, o cümlədən medianın əməkdaşlığı lazımdır”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanda da azərbaycanlı ailələrə öz övladların türkcə ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Zəncanda kənd təsərrüfatı işçiləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarında İran Kənd Təsərrüfatı Nazirliyinin …

GADTB Beynəlxalq Əlaqələr Departamentinin İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı bildirişi

GADTB: GADTB Beynəlxalq Əlaqələr Departamenti İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı …