Cümə axşamı , Dekabr 26 2024
azfa

İrəvan Azərbaycana 5 sərhəd məntəqəsi açmaq istədiyini iddia edir – Video

GADTB: Ermənistan “Dünyanın kəsişməsi” layihəsini videoçarxla təqdim edib.

Layihə Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında avtomobil, dəmir yollarının, boru kəmərlərinin, kabellərin və elektrik xətlərinin təmiri, tikintisi və istismarı vasitəsilə kommunikasiyaların inkişafının “erməni variantı”dır.

Baş nazir Paşinyanın israrla təbliğ etdiyi “Dünyanın kəsişməsi” adlı layihə Ermənistan-Azərbaycan sərhədində yol infrastrukturu üçün beş nəzarət-buraxılış məntəqəsi yaratmağı nəzərdə tutur.

Bu layihədə Ermənistan öz ərazisindən keçən dəmir və avromobil yollarını bərpa etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, “Dünyanın kəsişməsi” adı ilə Ermənistan hökumətinin təbliğ etdiyi bu layihə heç bir regional ölkə tərəfindən hələ ki ciddi qəbul edilməyib.

Həmçinin yoxlayın

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı Fransaya xəbərdarlıq etdi

GADTB: Türkiyə Milli Müdafiə Nazirliyi Fransaya məxsus döyüş təyyarəsinin Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanını …