Cümə , Noyabr 14 2025
azfa

İran adlanan ölkəni yeni etiraz dalğası bürüdü – video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən axşam İran İslam rejiminə qarşı müxtəlif şəhərlərdə, o cümlədən, Kərəc, Kerman, Ərak, Nəcəfabad, Şiraz, Bəndərabbas, Qorqan, Qoçan və s. şəhərlərdə etirazçılar islam rejiminə qarşı etiraz mitinqi keçiriblər.

Kermanda islam respublikasına qarşı şüar səsləndirən əhali polis qüvvələrini etirazçılara qoşulmağa çağırıblar. Ərakda etirazçılar polis maşınını aşırıblar. Tehranda da etirazların keçirildiyi xəbər verilir.

Tehran, İsfahan və s. şəhərlərdə qadınlar məcburi hicaba qarşı etirazlara qoşulublar. Onlar simvolik şəkildə yaylıqlarını çıxarıb, məcburi hicaba öz etirazlarını bilirirlər. İran adlanan ölkədə rejimə qarşı etirazların kəskinləşməsi etimal edilir.

 

Həmçinin yoxlayın

İranda gözlənilməz sorğu: “Əhali ölkənin vəziyyətindən narazıdır”

GADTB: İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) son sual-cavabına əsasən, ölkənin vəziyyətindən narazılıq səviyyəsi 92 …

Urmiya gölünün böhranlı vəziyyəti gündən günə artır

GADTB: Bir vaxtlar Güney Azərbaycanın mavi cəvahiri sayılan Urmiya gölü hələ də su çatışmazlığı və …

Bir cavab yazın