Cümə , İyul 31 2026
azfa

İran adlanan ölkə nüvə enerjisi ilə çalışan mühərriklər əldə etmək niyyətindədir

GADTB-nin Mətbuat Mərkəzinin fars dilli mətbuata istinadən yaydığı məlumata görə, bu barədə İran adlanan ölkənin yeni təyin edilmiş Hərbi Dəniz Qüvvələrinin  komandanı Hüseyn Xanzadi açıqlama verib. Xanzadi bildirib ki, İran Hərbi Dəniz Qüvvələri sualtı qayıqları  üçün nüvə enerjisi ilə çalışan mühərriklərin əldə edilməsini zəruri sayır.

Bu vəzifəyə təyinatından sonra ilk dəfə mətbuata açıqlama verən admiral Hüseyn Xanzadi deyib ki, sualtı qayıq aşkarlanmadığı müddətdə mövcuddur və yeri müəyyənləşdirilən andan artıq mövcud sayıla bilməz. Admiral İranın dəniz altında maraqlarının qorunması üçün mütləq nüvə yanacağı ilə çalışan mühərrikə ehtiyacı olduğunu vurğulayıb.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …