![](http://gadtb.com/wp-content/uploads/2020/01/etiraz-1-1024x576.jpg)
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün fakt qarşısında cinayətlərinə etiraf etmək məcburiyyətində qalan riyakar və qaniçən Xamneiyə qarşı etirazlar başlanıb.
Tehran, İsfahan, Rəşt, Şiraz və başqa şəhərlərdə insanlar küçələrə axışaraq irticaçı molla rejimi və Xamneiyə qarşı şüarlar səsləndirirlər.
Tehranda etirazçılar “Düşmən buradadır, Amerikada yox!”, “Rədd olsun yalançı Xamnei” və s. şüarlar səsləndiriblər.
Həmçinin etirazçılar “Diktatora ölüm!”, “Yalançılara ölüm!”, “İstefa!”, “Düşmən burdadır, Amerikada yox!”, “Sepahi, həya et, ölkəni tərk et!” şüarları səsləndirilir.
Tehranda qaniçən Xamneinin göstərişi ilə Xamneinin terrorçuları dinc etirazçılara atəş açmağa başlayıblar.