İran Azərbaycan düşmənlərini təltif edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejiminin prezidenti Həsən Ruhani Farabi festivalında Azərbaycan və türk düşməni Seyid Cavad Təbatəbayini Azərbaycana və türklərlə qrşı düşmənçilik fəaliyyətlərinə görə təltif edib.

Yanvar ayının 14-də Beynəlxalq Farabi Festivalının bağlanış mərasimində 19 iştirakçıya xüsusi lövhələr təqdim olunub. Həsən Ruhani antitürk mövqeyi ilə seçilən Seyid Cavad Təbatəbayinin fəaliyyətini yüksək qiymətləndirərək ona siyasət və beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə (Azərbaycan və türk millətinə qarşı düşmənçiliyinə) görə təşəkkür lövhəsi təqdim edib.

Qeyd edək ki, Seyid Cavad Təbatəbayi Azərbaycanla açıq düşənçilik edib, türk və Azərbaycan tarixini saxtalaşdırır və türkləri təhqir edir. İran irqçi-fars rejiminin xüsusi dəstəyi ilə yetişdirilən belə antitürk Azərbaycan düşmənləri həmçinin rejimin xüsusi qayğı və dəstəyi ilə Azərbaycana qarşı antitürk şəxslər yetişdirməkdədirlər.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …

Bir cavab yazın