Şənbə , Oktyabr 17 2026
azfa

İran Azərbaycanla sərhəddə yük maşınları sürücülərinə problemlər törədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Azərbaycanla sərhəddə yük maşınları sürücülərinə problemlər törədir.

İranın sərhəd-keçid məntəqələrində, xüsusilə Azərbaycanla sərhəddə yük maşınları sürücüləri sərhəddən çıxışla bağlı ciddi problemlərlə qarşılaşır.

Yük maşını sürücüləri 5-7 gün uzun növbələrdə gözləməli olurlar.

Son həftələr İranın Azərbaycanla Biləsuvar sərhədində sürücülər eyni problemlə qarşılaşıblar.

Mətbuata danışan sürücülər İran hökumətindən dərhal bu məsələyə diqqət yetirilməsini və problemlərin həllini tələb ediblər.

Qeyd edək ki, daha əvvəllər də yük maşını sürücüləri sərhəddə giriş-çıxış prosedurlarının uzadılması ilə bağlı problemlərlə qarşılaşsa da, son günlər vəziyyət daha da çətinləşib.

Göndərilən kiçik videoda sürücülərin qarşılaşdığı problemləri müşahidə etmək olar.

https://t.me/GADTB1/35279

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …