Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimi azərbaycanlı vəkil Yılmaz Mehrəlibəylini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal və vəkil Yılmaz Mehrəlibəyli üçün cinayət işi üzrə məhkəmə prosesi Culfa Baş İnqilab Prokurorluğunun birinci istintaq şöbəsində keçirilib.

Azərbaycanlı vəkilə qarşı irəli sürülən ittihamlar “etiraz aksiyasına çağırış”, “ictimai rəyi pozmaq”, “etnik və pantürkist hərəkətlər”dir. Bu ittihamlara təqdim olunan sənədlər, əsasən, Azərbaycanın siyasi məhbuslarının müdafiəsi ilə bağlıdır.

Yürüş Mehrəlibəylinin qardaşı Yılmaz Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatının tanınmış fəallarındandır. İki il əvvəl ETTELAAT qurumlarının təzyiqi ilə bu azərbaycanlı hüquqşünasa vəkillik lisenziyası verilməsinin qarşısı alınıb. Yılmaz Mehrəlibəyli Şərqi Azərbaycan Hüquqşünaslar Dərnəyinin binası qarşısında etiraz aksiyası keçirib. 

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …