Bazar ertəsi , Fevral 9 2026
azfa

İran dövləti Azərbaycanı istəmir və ona sevgisi yoxdur

GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, bu sözləri Urmiyanın İran adlanan ölkənin məclisindəki millət vəkili Nadir Qazipur deyib. O bildirib ki, Dövlətin Azərbaycana sevgi və marağı yoxdur. Bunun səbəblərindən biri kimi, Qərbi Azərbaycan vilayətində bir dənə də dövlət zavodunun olmamasının göstərmək olar.

N.Qazipur İranın birinci televiziya kanalında canlı şəkildə “Formula-1” proqramında yayılan çıxışında İran dövlətinin şimal-qərb bölgəsinə diqqətsizliyinə etiraz edərək deyib: “Təəssüflə kənd təsərrüfatı naziri bu bölgənin iqtisadiyyatına maraq göstərmir və yalnız düyü və geni dəyişdirilmiş bitkilər idxal etməklə məşğuldur. Urmiya ən çox meyvə saxlama soyuducularına malikdir və dünyada istehsal olunan almanın dörddə biri Qərbi Azərbaycan vilayətində istehsal olunur. Lakin digər meyvələr kimi alma istehsalına da icazə versələr almalar yolların kənarına tökülüb qalmaz”.

N.Qazipur qeyd edib ki, dövlət Azərbaycana diqət yetirməlidir. Bizdə Azərbaycan qeyrəti vardır. Kimsə Azərbaycana çəp baxsa gözünü çıxardarıq. Mən Azərbaycan bağçılarının yanında xəcalətəm. Onalara zülm edirlər. Kimsə onların dərdini bilsə ağlayar. Dəllallar və müxtəlif şəxslər də onların pulunu vermir.

Qeyd edək ki, İran rejiminin Cənubi Azərbaycana ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycan türklərinin istehsal etdiyi məhsullar da əllərində qalıb xarab olur.

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …