Cümə , Sentyabr 25 2026
azfa

İran erməni təcavüzünü pisləyən Səid Sultani və Babək Kiyumərsi zindana saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə ermənipərəst İranın yaxaladığı azərbaycanlı fəallar Səid Sultani və Babək Kiyumərsi Təbrizin Mərkəzi Həbsxanasına köçürülüb.

Güney Azərbaycanın Culfa şəhərində Qarabağa dəstək mitinqlərilə əlaqədər həbs edilən bu iki milli fəal 2 aydan çox Təbrizdə İranın ETTELAAT Nazirliyinin təcridxanasında saxlanılıb.

Babək Kiyumərsi dekabrın 1-də və Səid Sultaninin isə dekabrın 2-də rejimin Təbrizdə yerləşən məkəzi həbsxanasına köçürüldüyü bildirilir.

Qeyd edək ki, oktobrın əvvəllərindən rejimin ETTELAAT qüvvələri tərəfindən tutuqlanan Güney Azərbaycanın Culfa şəhər sakinləri, azərbaycanlı mədəni fəallar Səid Sultani və Babək Kiyumərsi ilə bağlı heç bir məlumat verilmirdi.

Ermənipərəst molla rejimi Ermənistanıın Azərbaycana hərbi təcaqvüzünü pislədiyinə görə həmin fəalları “ölkəyə qarşı qruplara üzvlük”də günahlandırıb. Belə çıxır ki, xristian Ermənistanıın şiə ölkəsi Azərbaycana hərbi təcaqvüzünü pisləmək molla rejiminə qarşı olmaq deməkdir.

Ehtimal edilirdi ki, rejimin ETTELAAT qüvvələri həmin tarixdə Babək Kiyumərsini və Səid Sultanini iş yerində həbs edib və onları Təbrizdə ETTELAAT İdarəsinə aparıblar.

Fəalları tutuqladıqdan sonra, ETTELAAT qüvvələri onların evlərində axtarış apararaq maşınlarını, mobayl telefonlarını, kitablarını və ləptablarını özləri ilə götürüblər. ETTELAAT orqanları, habelə azərbaycanlı fəalların ailələrinə onların həbs xəbərini yaymamaq üçün ciddi basqı edirlər.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın