Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

İran Ermənistanla hər sahədə əməkdaşlığı gücləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla iqtisadi, hərbi və s. sahələrlə yanaşı mədəni sahədə də əməkdaşlığı gücləndirir.

Ermənistanın cənub-qərbində yerləşən Zəngəzur (Sünik) vilayətinin yüksək vəzifəli rəsmiləri İranın bu ölkədəki səfiri ilə görüşdə vilayətin mərkəzində fars dilinin rəsmi şəkildə tədris ediləcəyini deyiblər.

Bu barədə Sepah-a yaxın “Fars” xəbər ajansı məlumat yayıb. Qafan şəhərinin başçısı Gevork Parsiyan İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zühuri ilə görüşdə bildirib ki, bu ilin sentyabr ayından etibarən Qafan şəhərinin məktəblərində fars dili tədris olunacaq.

Onun sözlərinə görə, yaxın vaxtlarda bu şəhərdə İran konsulluğunun açılması da planlaşdırılır.

“Sünik” vilayətinin başçısı Robert Qukasyan isə bu barədə söyləyib: “İranla əlaqələr Ermənistan, özəlliklə də “Sünik” üçün çox vacibdir. Ona görə də, bu vilayət ikitərəfli əlaqələri möhkəmləndirmək üçün əlindən gələni etməyə hazırdır”.

İran və Ermənistan 9 ay əvvəl Qafanda konsulluğun açılması barədə razılıq əldə ediblər. Bədəxşan Zühuri də Tehranın “Sünikdən” keçəcək Şimal-Cənub dəhlizinin tikintisində maraqlı olduğunu vurğulayaraq, İran şirkətlərinin bu mühüm projənın tikintisində iştirak etmək istədiklərini deyib.

Qeyd edək ki, İran hökuməti Azərbaycan və Türkiyənin bütün bölgə ölkələrinin mənafeyini nəzərə alan və regiona davamlı sülh və sabitlik gətirəcək Zəngəzur dəhlizinə alternativ olaraq, Şimal-Cənub dəhlizi layihəsini irəli sürüb və Ermənistanla bu layihənin həyata keçirilməsi üçün dəridən qabıqdan çıxır.

Həmçinin yoxlayın

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …