Cümə axşamı , Aprel 25 2024
azfa

İran Ermənistanlıa birlikdə Qarabağdan Avropaya narkotik tranziti şəbəkəsi qurubmuş

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasında çıxışı zamanı tounxuduğu ən vacib məqamlardan biri Azərbaycanın torpaqlarının işğaldan azad etməklə, İrandan Avropaya gedən narkotrafikin qarşısını alması ilə bağlı dedikləri idi.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycan Ermənistanla sərhədin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutunun qarşısını alıb.

“Cari ildə İranla sərhədin digər hissələrində saxlanılan heroinin həcmi əvvəlki illərlə müqayisədə iki dəfə artıb. Bu göstərir ki, 30 il ərzində Ermənistan İranla əlbir olaraq işğal altında olan ərazilərdən Avropaya narkotrafik məqsədilə istifadə edib. Azərbaycan əvvəllər də həmin ərazilərin narkotrafik və terrorçu düşərgələri üçün istifadə olunduğunu dəfələrlə bildirib”, – Prezident bildirib.

İlk diqqətçəkən məqam Azərbaycan-İran sərhədinin digər hissələrində saxlanılan heroinin həcminin niyə bu qədər çox olmasıdır. Təkcə sentyabr ayı ərzində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələri İrandan qaçaqmalçılıq yolu ilə keçirilməyə cəhd edilən təxmini çəkisi 28 kiloqram 240 qram narkotik vasitəyə, 1620 ədəd psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin, eləcə də silah-sursatı ələ keçirib. Dövlət Gömrük Komitəsi isə ötən ay Bilasuvar gömrük postunda İrandan Latviyaya yük aparan TIR-dan yarım ton (527 kq 600 qram) narkotik maddə aşkarladı.

Daşımaların işğaldan azad edilən ərazilərdə yox, sərhədin digər hissələrində artmasının səbəbi Azərbaycanın 30 illik işğal dövründə İranın nəzarətsiz istifadə etdiyi 132 kilometrlik sərhədə nəzarəti artırmasıdır. Torpaqlarımızın azad edilməsi həm də İranın narkotrafikinin qarşısını aldı. Əslində son günlər cənubdan Azərbaycana qarşı səslənən ittihamların kökündə dayanan səbəblərdən biri də İranın bu marşrutudan – gəlir mənbəyindən məhrum olmasıdır.

Marşrut xətti bəlli idi: Əfqanıstanda hazırlanan heroin İrana gətirilir, oradan da işğal altındakı Qarabağa keçirilirdi və buradan Ermənistan vasitəsilə Avropa bazarlarına çıxarılırdı.

Lakin Qarabağ təkcə narkotrafikdə marşrutu kimi, həm də narkotik maddələrin hazırlanması məkanı olaraq da istifadə olunurdu. İşğal dövründə o bölgədə böyük narkoplantasiyaların olduğu haqda kifayət qədər məlumatlar var.

Qafqazın Əfqanıstanı: İşğal dövründə Qarabağ məhz bu rolu oynayırdı.

Nəzarətsiz qalan böldə iki məqsəd üçün açıq şəkildə istifadə edilirdi.

Birincisi, narkotrafik rolunu oynayırdı: Əfqanıstan-İran-Qaraba-Ermənistan-Gürcüstan marşrutunda əsas halqa məhz işğal altında qalan Qarabağ idi;

İkincisi, xammal şəkilində Qarabağa gətirilən narkotik maddələr burada qurulan laboratiyalarda istehsal olunur, o cümlədən, plantasiyalarda nakorika becərilirdi.

Vaxtilə məşhur “Vikiliks” saytı bu haqda dəqiq informasiyalar dərc etmişdi.

Amerikalı diplomatların narkotik maddələrin daşınmasının marşrutları barədə verdiyi məlumatları ələ keçirən “Vikiliks”in xəbərinə görə, bu marşrutlar İran-Azərbaycan-Gürcüstan-Qara dəniz, İran-Azərbaycan-Rusiya-Baltiyadır. Lakin üçüncü və ən təhlükəli marşrut Ermənistanın işğalında olan Qarabağ idi. Məlumata görə, Qarabağın nəzarətsiz qalmasından istifadə edərək, oradan narkotik maddələr daşınmasında Ermənistan hakimiyyəti, siyasi xadimləri və sabiq prezident Köçəryanın da payı var. Hər il daşınan narkotikdən əldə edilən gəlirin bir qismi sabiq prezidentə verilir. Eyni zamanda vurğulanırdı ki, hazırda İrandan Avropaya daşınan narkotik maddələrin böyük bir qismi Ermənistan və işğal altındakı Qarabağ ərazisindən keçir.

Ağ Evə məlumat ötürən amerikalı diplomatlar Qarabağdakı narkotika plantasiyalarının başında kimlərin durduğunu da açıqlayırdılar. Yayılan məlumatlara görə, Ermənistanın yüksək çinli məmurları, o cümlədən, həmin vaxt prezident olan Serj Sarkisyanın qardaşının birbaşa rəhbərliyi altında Qarabağdan və İrandan gətirilən narkotik maddələr Rusiya bazarlarına oradan isə Avropaya daşınır.

“Armenia Today” portalı isə narkoticarətin başında Ermənistanın keçmiş baş prokuroru Aqvin Ovsepyanın dayandığını yazırdı.

İşğal dövründə mövcud olan “Ermənistan və Dağlıq Qarabağ Ticarət Palatası” nakoticarəti pərdələyən əsas təşkilat idi. Ermənistanın “Joxovurd” qəzeti yazırdı ki, İranla sərhəddə yerləşən Sünik (Zəngəzur) vilayətinin keçmiş qubernatoru Suren Xaçatryan da narkotika alverçisidir. Vaxtilə Rusiyada bu işlə məşğul olduğu üçün ona qarşı cinayət işi açılıb, daha sonra qubernator fəaliyyətini Ermənistanda davam etdirib. Ermənistanın narkotika biznesində fəaliyyətinin həyata keçirilməsi prosedura da olduqca maraqlıdır. Burda İranın iş adamları ilə qurulan əlaqələr xüsusi rol oynayıb.

İran biznesmenlərinin işğal altındakı Qarabağ ərazisinə investisiya qoymasının əsas səbəblərindən biri də bu marşrutun daimi salanılması, orada narkotik maddələrin istehsalı idi.

Azərbaycan 30 il sonra işğala son qoymaqla İran və Ermənistanın bölgəni, həm də Avropanı zəhərləyən narkotrafikinin qarşısını kəsdi.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …