Bazar , Oktyabr 18 2026
azfa

İran işğalçı Ermənistanla sərhəd sahəsində əməkdaşlığı gücləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran işğalçı Ermənistanla sərhəd sahəsində əməkdaşlığı gücləndirir.

İran Polisinin  Sərhəd Qoşunları Komandanlığının sərhəd və hüquq məsələri üzrə müavini Yusefi deyib ki, “İran-Ermənistan sərhədi ən təhlükəsiz və dinc sərhədlərdən biridir”.

O, iki ölkə arasında sərhəd əlaqələrinin yaxşılaşdırılmasının zəruriliyinə toxunaraq deyib: “Bizim Ermənistanla birgə sərhədlərdə hər hansı xüsusi problem yoxdur,  ətraf mühitin və sərhəd çaylarının qorunması üçün xüsusi səylər göstərməliyik”.

Onun sözlərinə görə, Narkotik maddələrin qanunsuz dövriyyəsi və sərhəd pozucuları qonşu dövlətlər və Avropa ölkələri üçün təhlükədir. Həmin ölkələrin sərhəd xidməti xüsusi təyinatlı qüvvələr hazırlayaraq sərhəd pozucularının qarşısını alır”.

Görüşdə Ermənistanın Polis Qərargahının rəisi, polkovnik Armen Mkrtıçyan deyib: “Biz dost və qardaş ölkəyə səfər etdik və burada məqsədimiz iki ölkənin sərhədçiləri arasında sıx və dərinləşən əlaqələrin qurulmasıdır”. / Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …