Cümə axşamı , Oktyabr 15 2026
azfa

İran Livanda yetişdirdiyi Hizbullah terror təşkilatına görə ABŞ ilə danışıqları dayandırdı

GADTB: Molla rejimi Livanda yetişdirdiyi Hizbullah terror təşkilatına görə ABŞ ilə dolayı danışıqları dayandırmaq qərarı verib və bundan sonra yalnız vasitəçilər üzərindən mesaj mübadiləsini davam etdirəcək.

Məlumata əsasən, bu qərar İsrail ordusunun Livanda, xüsusilə Beyrut və ölkənin cənub bölgələrində Hizbullah terrorçularına qarşı davam edən hərbi əməliyyatlarına etiraz olaraq qəbul edilib.

İran tərəfi bildirib ki, Livanın təhlükəsizliyinin qorunması atəşkəs razılaşmasının əsas şərtlərindən biri olub, ancaq hazırda bu şərtin pozulduğunu düşünür.

Agentliyin xəbərində, habelə, qeyd olunur ki, İran Silahlı Qüvvələri və “müqavimət oxu”  İsrailin addımlarına cavab vermək əzmindədir.

Agentlik əlavə olaraq iddia edib ki, Tehran və onun müttəfiqləri İsrail və tərəfdarlarına təzyiq göstərmək məqsədi ilə Hörmüz boğazının bağlanması variantını da nəzərdən keçirirlər.

Həmçinin yoxlayın

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …