Cümə , Oktyabr 16 2026
azfa

İran mediası qərəzli şəkildə İsrail-HƏMAS müharibəsindən Azərbaycanı ittiham edir

GADTB: irqçi fars-molla rejimi qərəzli şəkildə İsrail-HƏMAS müharibəsindən Azərbaycanı ittiham edir.

Oktyabrın 7-də HƏMAS silahlı qrupunun İsrailə hücumundan sonra İran mediası Qərb ölkələri ilə yanaşı, Azərbaycan Respublikasını da hədəfə alıb.

Misal olaraq İranın “Mehr” xəbər agentliyinin yaydığı qərəzli materialı göstərmək olar.

“Bakı nefti Qəzza uşaqlarının qatili” başlığı ilə paylaşılan altyazılı videoda İsrail dövləti hərbi cinayətdə ittiham edilir və ona dəstək verən ölkələr sırasında Azərbaycanın da adı çəkilir.

Agentlik İsrailin hərbi maşınının Azərbaycan tərəfindən yanacaqla təmin edildiyini iddia edir, Azərbaycanın Qəzzada öldürülənlərə görə günahkar olduğunu deyir.

Videoda Azərbaycan Prezidenti İlham Əliyevlə İsrail rəsmilərinin görüşləri göstərilir, Azərbaycan hakimiyyətinə qarşı ittihamlar səsləndirilir.

Həmçinin yoxlayın

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …