Çərşənbə , Noyabr 18 2026
azfa

İran növbəti dəfə Ermənistana gizli yollarla silahlar göndərdi

GADTB: oktyabr ayında Tehran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib.

Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, qarşılıqsız verilib. Verilən raketlərin 500 ədədi “Dehləviye”, 100 ədədi isə “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksidir.

Qeyd edək ki, “Dehləviye” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabının Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb.

Onu da xatırladq ki, bir neçə gündür yerli mediada 14 İran vətəndaşının rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi haqqında faktlar yayımlanır. İranın Azərbaycanakı səfirliyi isə hələ də məsələ ilə bağlı heç bir tutarlı cavab verməyib./ Azad İran

Həmçinin yoxlayın

İsrail ordusu İrana qarşı yeni müharibəyə hazırlaşır

GADTB: İsrailin “Ynet” xəbər saytı bildirib ki, İsrail ordusu İranla yenidən hərbi qarşıdurmaya hazırlaşır. Lakin …

İrana bağlı terrorçu “Kətaib Hizbullah” Cərf əs-Səxri tərk etməkdən imtina edir

GADTB: İraqda İslam Respublikasına bağlı terrorçu qruplaşma olan “Kətaib Hizbullah” əsas bazasının yerləşdiyi Cərf əs-Səxri …