Çərşənbə , İyun 10 2026
azfa

İran qüvvələrinin qətlə yetirdiyi azərbaycanlı gəncin bacısı qardaşının məzarı üstündə saçlarını kəsdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsində azərbaycanlı gənc Cavad Heydəri keçirilən etirazlar zamanı İran qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub.

Rejimin qüvvələri azərbaycanlı gənci baş nahiyəsindən atəş açmaqla qətlə yetiriblər.   

Cavad Heydərinin bacısı İran rejiminin repressiv siyasətinə etiraz olaraq qardaşının məzarı üstündə saçını kəsərkən Azərbaycan dilində “Qardaşım!” deyə fəryad edir.

Qəzvinli gəncinin yaxınları da səlahiyyətlilərə xitabən deyiblər: “Necə o dünyada cavab verəcəklər?”

Qeyd edək ki, 36 yaşlı Cavad Heydəri kənd təsərrüfatı ixtisası üzrə təhsil alıb və iqtisadi fəaliyyətlə məşğul olurdu. Cavadın atası Əlipənah Heydəri bu barədə deyib: “Oğlum arxadan hədəf alınıb və o, ağır qanaxma və təhlükəsizlik qüvvələrinin onu xəstəxanaya çatdırmaqdan imtina etməsi nəticəsində dünyasını dəyişib”.

Son günlərin etiraz aksiyalarında döyülüb və güllələnərək öldürülən, kimliyi dəqiqləşdirilən azərbaycanlıların sayı beş nəfərdir.

Aysan Mədənpərəst Təbrizdə, Hədis Nəcəfi Kərəcdə, Mehdi Musəvi, Mehrdad Qurbani Zəncanda, Cavad Abbasi isə  Qəzvində qətlə yetirilib. Lakin rejim tərəfindən müxtəlif şəhərlərdə qətlə yetirilənlərin sayının çox olduğu təxmin edilir.

https://www.youtube.com/shorts/fsUwSpNnAMU

Həmçinin yoxlayın

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …

ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

GADTB: “The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İran nüvə sazişi danışıqları …