Cümə axşamı , Sentyabr 17 2026
azfa

İran rəsmiləri Xameneyinin sığınacağına gözləri bağlı aparılır

GADTB: ABŞ-nin İrana mümkün hücumları ilə bağlı artan gərginlik fonunda İranın ali rəhbəri Əli Xameneyi ilə bağlı diqqətçəkən məlumat yayılıb.

“Iran International” telekanalının məlumatına görə, Xameneyi ilə görüşmək istəyən yüksək vəzifəli hökumət rəsmiləri onun yerləşdiyi sığınacağa gözləri bağlı şəkildə aparılır. Bildirilir ki, bu təhlükəsizlik tədbiri sığınacağın yerinin gizli saxlanılması məqsədi daşıyır.

Rəsmilər xüsusi təhlükəsizlik prosedurundan keçirilir və görüş məkanına çatdırılarkən onların ətraf mühitlə vizual təması məhdudlaşdırılır.

SEPAH zabitlərindən biri bildirib ki, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də yaxın zamanda Xameneyinin sığınacağında gözləri bağlı saxlanılan rəsmilər arasında olub.

Bundan əlavə, onun oğlu Məsud Xameneyinin ayətullahın ofisində gündəlik əməliyyatlara nəzarət etdiyi, digər oğlu Müctəbanın isə hökumət rəsmiləri ilə əlaqələri koordinasiya etdiyi bildirilir./Azad İran

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …