Cümə , İyun 13 2025
azfa

İran rejimi azərbaycanlı fəal Yusif Sələhşuru mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı milli-mədəni fəal Yusif Sələhşur Təbrizdə rejimin İnqilab Məhkəməsinin 3-cü şöbəsində mühakimə edilib.

Azərbaycanlı milli-mədəni fəal Yusif Sələhşurun “Virtual aləmdə sistemə qarşı təbliğat” ittihamı üzrə mühakimə edildiyi bildirilir.

Yusif Sələhşur barəsində “Kommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa və zorakı hərəkətlərə dəvət etmək” və “İctimai asayişi pozmaq” ittihamlarına hələ baxılmayıb.

Qeyd edək ki, Təbrizdə əl-Əhvaz etirazlarına dəstək məqsədilə iyulun 24-də keçirilən etirazlarla bağlı Yusif Sələhşur 25 iyulda Təbrizdə rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq İran rejiminin Təbrizdəki ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Azərbaycanlı fəal dindirildikdən sonra avqustun 11-də Təbriz zindanına köçürülüb və 14 avqustda girov qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Marağada molla rejimi azərbaycanlı körpəyə məcburi ad seçimi edib

GADTB: Marağada molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları azərbaycanlı körpəyə doğum şəhadətnaməsində seçilən adı …

20 ildə ilk dəfə: AEBA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edir

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası İrana qarşı qətnamə qəbul edib və …