Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran rejimi azərbaycanlı alimin edam qərarının qəti olduğunu açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Məhkəmə Sisteminin sözçüsü Zəbihullah Xudaian azərbaycanlı alim Əhmədrza Cəlalinin edam qərarının qəti olduğunu bildirdi.

Xudaian mayın 10-da mediaya açıqlamasında İsveç-İran vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Cəlalinin edam hökmünün qətiləşdiyini deyib. O, edam hökmünün icra olunması üçün hazırlıq görüldüyünü bildirib.

Xudaian İsveçdə mühakimə olunan və barəsində ömürlük həbs cəzası istənilən İranın keçmiş prokuror köməkçisi Həmid Nuri ilə Əhmədrza Cəlalinin dəyişdirilməsi məsələsinə toxunaraq deyib: “Bunlar ayrı-ayrı məsələlərdir və bir-birləri ilə heç bir əlaqəsi yoxdur”.

Bu günə kimi Əhmədrza Cəlali edam hökmünün icra olunması üçüçn bir neçə dəfə təkadamlıq kameraya köçürülüb. Ancaq beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə təşkilatlarının, habelə İsveç dövlətinin məsələyə müdaxiləsi nəticəsində edam təxirə salınıb.

Hazırda bir neçə məhbus azərbaycanlı alimin edamının ləğv edilməsi tələbilə aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, Əhmədrza Calali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb və 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib.

Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçikada da elmi-tədqiqat müəssisələrində də çalışıb.

2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfər edən Əhmədrza Cəlali təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etmək” ittihamı ilə həbs olunub.

O 2017-ci ilin sentyabr ayında “düşmən dövlətin xeyrinə casusluq etmək yolu ilə Yer üzündə fəsad törətmək” ittihamı ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə edam cəzasına məhkum olunub və Ali Məhkəmə iki ay sonra haqqında çıxarılan qərarı qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …