Çərşənbə axşamı , Mart 19 2024
azfa

İran rejimi azərbaycanlı fəal Əmir Səttarini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı fəal Əmir Səttari Rəuf iyulun 22-də gecə saatlarında iş yerindən çıxarkən yaxalanıb.

Azərbaycanlı fəalın hazırda 3 illik şərti həbs cəzasını çəkdiyi və nə yaxalandığının məlum olmadığı bildirilir.

Qeyd edək ki, 2018-ci ilin yanvar ayı etirazlarında təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalanan azərbaycanlı fəal Əmir Səttari rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “Milli təhlükəsizliyin qarşı toplaşmaq”da ittiham edilərək 7 ay həbsə məhkum edilmişdi.

Fəal 2018-ci il sentyabrın 18-də Təbrizdə rejimin İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “Rəhbəri təhqir etmək” ittihamı ilə yenidən 6 ay həbs cəzasına məhkum edilib. Təbrizdəki İnqilab Məhkəməsinin 11-ci Qərarların İcrası Şöbəsi 2018-ci ilin noyabrında heç bir məlumat vermədən fəalın iki cinayət işini birləşdirib.

Bundan sonra isə Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 3-cü şöbəsi çıxarılan qərarları “Qanun və şəriətə uyğun gəlməyən” qərar kimi qiymətləndirərək fəal barəsində çıxarılan və icra olunan 7 aylıq qərarı 5 illik həbs qərarı ilə əvəzləyib.

Əmir Sətttari yeni məhkəmə işinin açılması və ağır ağır çıxarılması ilə nəticələnən cinayət işindəki iradlar və məhkəmə işinin ləngiməsinə etiraz olaraq 2019-cu ilin iyunun 10-da Təbriz Zindanında aclıq aksiyasına başlamış, işə yenidən baxılmağa söz verdiyindən sonra iyunun 22-də aksiyasını dayandırmışdır.

İki il həbsdə qaldıqdan sonra Səttari 2020-ci il  iyunun 29-da məzuniyyətə buraxılıb və Təbriz zindanının Qərarların İcrası Şöbəsinə müraciət etdikdən sonra Əmir Səttari barəsində çıxarılan 5 il həbs cəzasının qalan müddətinin icrasının təxirə salınıdığını öyrənib.

Həmçinin yoxlayın

Ana dilinə görə rejimin həbs etdiyi milli fəal Evin zindanında acınacaqlı şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, ana dilinə göörə molla rejimin həbs etdiyi və …

Bu gün Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümüdür

GADTB: Birinci Dünya Müharibəsi zamanı 18 mart 1915-ci ildə Osmanlı İmperiyasının qələbəsi ilə başa çatan …