Cümə , Sentyabr 25 2026
azfa

İran rejimi azərbaycanlı fəal Yusif Sələhşuru mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı milli-mədəni fəal Yusif Sələhşur Təbrizdə rejimin İnqilab Məhkəməsinin 3-cü şöbəsində mühakimə edilib.

Azərbaycanlı milli-mədəni fəal Yusif Sələhşurun “Virtual aləmdə sistemə qarşı təbliğat” ittihamı üzrə mühakimə edildiyi bildirilir.

Yusif Sələhşur barəsində “Kommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa və zorakı hərəkətlərə dəvət etmək” və “İctimai asayişi pozmaq” ittihamlarına hələ baxılmayıb.

Qeyd edək ki, Təbrizdə əl-Əhvaz etirazlarına dəstək məqsədilə iyulun 24-də keçirilən etirazlarla bağlı Yusif Sələhşur 25 iyulda Təbrizdə rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq İran rejiminin Təbrizdəki ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Azərbaycanlı fəal dindirildikdən sonra avqustun 11-də Təbriz zindanına köçürülüb və 14 avqustda girov qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …