Bazar , Oktyabr 18 2026
azfa

İran rejimi azərbaycanlı milli fəal Behnam Zareini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məmurları Onun azərbaycanlı milli fəal Behnam Zareini həbs edib.

Güney Azərbaycan Vərziğan bölgəsindən olan və Təbriz Universitetində nəşr olunan “Ərk” nəşrinin baş redaktoru olmuş azərbaycanlı milli-mədəni fəal Behnam Zarei iyulun 9-da Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində həbs olunub.

Azərbaycanlı milli fəalın mobil telefon, kompüter və başqa şəxsi əşyalarının da rejimin məmurları tətəfindən müsadirə edildiyi bildirilir.

Behnam Zareinin yaxalandıqdan sonra Əhər şəhərinə aparıldığı deyilir.

Azərbaycanlı fəalın nədə ittiham olunduğu barədə onun yaxınlarına heç bir məlumat verilməyib.

Qeyd edək ki, Behnam Zarei kənd təsərrüfatı üzrə bakalavr mərhələsində təhsilini bitirib və siyasi elmlər üzrə magistratura mərhələsində isə təhsilini dayandırmışdır.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …