Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İran rejimi Benzin etirazlarında öldürülənlərin analarını da Tehranda həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda 2019-cu ilin noyabrında benzinin bahalaşmasına qarşı keçirilən etirazlarda İran rejiminin güllələyərək öldürdüyü bir qrup gəncin anası Tehranın Azadlıq meydanında etiraz mitinqi keçirərkən yaxalanıblar.

Rejimin məmurları beləliklə övladlarını güllələdiyi anaları da həbs edib.

Qeyd edək ki, 2019-cu il noyabr etirazlarında qətliam edilənlərin anaları bu gün əllərində öldürülmüş övladlarının şəkillərini tutaraq hökumətə qarşı şüarlar səsləndirib, övladlarının qatillərinin cəzalandırılmasını tələb ediblər.

Etirazlarda öldürülən Pejman Qalipurun anası xalqa müraciət edərək “Qul olmaq yetər! Bizi dəstəkləməyinizi gözləmirik, özünüzü, öz cavanlarınızı dəstəkləyin!” şüarı səsləndirib.

Başqa videoda isə analar “biz haqqımızı tələb edirik, əl-ələ verib hökuməti devirənə qədər çalışacağıq!” kimi şüarlar səsləndiriblər. 

Qeyd edək ki, “Reuters”in məlumatına görə, həmin etirazlarda İran rejimi ən azı 1500 nəfəri güllələyərək öldürmüşdü.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …