GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Vərziğan bölgəsindəki Əndirgan qızıl mədənini talamaq məqsədilə partladır. Bu qeyri-standar işlər isə yerli əhaliyə ciddi çətinliklər yaradır və onların narazılığına səbəb olub.
Azərbaycanlı əhali qızıl mədənində törədilən partlayışların 50 kilometr uzaqdan eşidildiyini, çevrənin çirklənməsi, əkin sahələrinin məhv olması, su qaynaqlarının kirlənməsi ilə yanaşı evlərində çatların əmələ gəlməsinə səbəb olur.
Əhali bildirir ki, onlarla qızıl mədəni aralarında yalnız 500 metr məsafə mövcud olduğu üçün həmin partlayışlar bölgədə toz buludları və zəhərli tullantılar əmələ gətirir. Bu da əhalinin sağlamlığı üçün təhlükə yaradır.
Qeyd edək ki, İran rekjimi müstəmləkəçi kimi Güney Azərbaycanın sərvətlərini talayır. Bu isə Azərbaycanın sərvətlərinin talanması ilə yanaşı, həmçinin regionda ciddi ekoloji fəlakətə səbəb olur.