Bazar , Oktyabr 25 2026
azfa

İran rejimi Həbi̇b Çəəbi̇n qohumlarını həbs edi̇b

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi ərəb fəalı Həbib Çəəbin yaxını 22 tanış və qohumunu həbs edib.

Bu barədə İran Həbsxanaları Ətləsinin hesabatında bildirilib. Məlumat görə, Xalid Kəəb və Hüseyn Fərəcullah Çəəb Şuştər şəhərində saxlanılıblar.

Əleylə kəndində isə daha 20 nəfər yaxalanıb. İnsan Haqları fəalı Kərim Dəhimi bu tutuqlamaların Həbib Esyod kimi tanınan Həbi̇b Çəəblə bağlı olduğunu bildirib.

Tutulan şəxslərin ailələri Ələhvazın ETTELAAT İdarəsinə müraciət etsələr də, yaxınları barədə məlumat əldə edə bilməyiblər.

Qeyd edək ki, Həbib Esyod 2020-ci il dekabrın 9-da Türkiyədən İrana qaçırılıb. Türkiyə mediasında yayılan xəbərlərdə bildirilib ki, bu əməliyyat İran ETTLAAT-nın vasitəçiliyi ilə həyata keçirilib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …